"dillər və ədəbiyyatlar" üzrə axtarış nəticələri

29.11.2024Dillər və ədəbiyyatlar departamenti əməkdaşlarının birgə məqaləsi “Revista Universidad Y Sociedad” jurnalında  Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müdiri, dosent Dilbər Zeynalova və departamentin dosenti Ülvi Babasoyun “Metatextual and intertextual relationship in Kamal Abdulla's novel "Laokoon...Laokoon...or the "true" writing history of a novel" (“Kamal Abdullanın “Laokoon… Laokoon… yaxud bir romanın “gerçək” yazılma tarixçəsi” romanında metatekstual və intertekstual əlaqə”) adlı birgə “məqaləsi Kubanın Senfueqos Universitetinin nəşri  Web of Science bazasında indeksləşən  “Revista Universidad Y Sociedad” jurnalında (2024, cil...

28.10.2024Dillər və ədəbiyyatlar departamentinin müəllimi Sumqayıt Dövlət Universitetində2024-cü il oktyabrın  28-də Dillər və ədəbiyyatlar departamentinin müəllimi Dr. Sevinc Qəmbərova Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin təşkil etdiyi “Müştərək dərs” layihəsində iştirak etmək üçün dəvət olunmuşdur. Dərs “Azərbaycan dilinin tarixi morfologiyası” fənnindən “Azərbaycan dilinin tarixi morfologiyasında zərf” mövzusunda keçirilmişdir. Dil və ədəbiyyat kafedrasının baş müəllimi Elnarə Əhmədova dərsi açıq elan etmiş, tələbələrə zərflər və məna növləri, quruluşu, dilçilik ədəbiyyatında zərflərə yanaşmalar, klassiklərin ...

25.10.2024Xəzər Universitetinin müəlliminə fəlsəfə doktoru diplomu təqdim edilib  Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 25 oktyabr 2024-cü il tarixli qərarı ilə Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müəllimi Yeqzar Cəfərliyə filologiya elm sahəsi üzrə 5718.01 – Dünya ədəbiyyatı (ingilisdilli ədəbiyyat) ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir Fəlsəfə doktoru diplomu Y.Cəfərliyə noyabrın 1-də təqdim edilmişdir....

23.10.2024MAFİ-nin koordinatoru Özbəkistanda keçirilmiş beynəlxalq simpoziumda2024-cü il oktyabrın 22-23-də Özbəkistanın Nəvai şəhərində Nəvai İnnovasiyalar Universitetinin təşkilatçılığı ilə “Rəqəmsallaşma dövründə məktəbəqədər təlimin qlobal gələcəyi: təlim, tərbiyə problemləri və həll yolları” adlı Beynəlxalq elmi simpozium keçirilmişdir. Simpoziumda Azərbaycan, Almaniya, Türkiyə və Rusiyadan alim və mütəxəssislər iştirak etmişlər. Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin dosenti, universitetin Mədəni Antropologiya və Folklor İnstitutunun (MAFİ) koordinatoru Aynur Qəzənfərqızı da həmin toplantıda “Mək...

21.10.2024Dillər və ədəbiyyatlar departamentinin müəllimi Dilçilik İnstitutunda keçirilmiş elmi sessiyada2024-cü il  oktyabrın 21-də AMEA Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Şuşa şəhərinin “İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı” seçilməsinə həsr olunmuş “İslam mədəniyyətinin incisi Şuşa – gənc dilçi alimlərin tədqiqatlarında” adlı elmi sessiya keçirilmişdir. İnstitutun elmi işlər üzrə direktor müavini Dos. Baba Məhərrəmli açılış nitqi söyləmişdir. Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin müəllimi Dr. Sevinc Qəmbərova “Azərbaycan dilinin dialekt sistemində Şuşa şivəsin...

17.10.2024İsaxan İsaxanlı Serqey Yeseninə həsr edilmiş tədbirdəXəzər Universitetinin İdarəetmə və tələbə işləri üzrə prorektoru, Dillər və Ədəbiyyatlar departamentinin professoru İsaxan İsaxanlı 2024-cü il oktyabrın 3-də Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyində böyük rus şairi Serqey Yeseninin anadan olmasınının 129 illiyinə həsr edilmiş “Serqey Yeseninin dünənki, bugünkü və gələcək dostları” adlı tədbirdə iştirak etdi. Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov öz çıxışında İsaxan İsaxanlının Yesenin araşdırmaları ilə bağlı ətraflı məlumat verdi, onun bu sahədə fəaliyyətini yüksək qiymə...

15.10.2024"Yaşıl Dünya Naminə Həmrəylik ili" və "COP29"-a həsr olunmuş tədbir15.10.2024-cü il tarixində Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə "Yaşıl Dünya Naminə Həmrəylik ili" və "COP29"-a həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə universitetin müəllimləri, bakalavr və magistarura pillələrində təhsil alan tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Dillər və ədəbiyyatlar departamentin müdiri Dos. Dilbər Zeynalova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin "Yaşıl Dünya Naminə Həmrəylik İli" elan olunması və İqlim Dəyişi...

15.10.2024“Füzuli poeziyası irfan və  ümumbəşəri mənəvi dəyərlər işığında” mövzusunda beynəlxalq elmi simpoziumDahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibətilə Xəzər Universitetində “Füzuli poeziyası irfan və  ümumbəşəri mənəvi dəyərlər işığında” mövzusunda beynəlxalq elmi simpozium keçirildi. Tədbir 2024-cü il oktyabrın 14-15-də universitetin Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu və Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı, Zakher Travel turizm şirkəti və Gəncliyə Yardım Fondunun maddi dəstəyi ilə baş tutdu. Simpoziumun məqsədi dünya mədəni irsinə dəyərli töhfələr vermiş türkdilli ədəb...

11.10.2024Elmi Şuranın növbəti iclası2024-cü il oktyabrın 11-də Xəzər Universiteti Elmi Şurasının növbəti iclası keçirildi. İclası Xəzər Universitetin rektoru, Elmi Şuranın sədri Dos. İradə Xəlilova açaraq, gündəlikdəki məsələləri Elmi Şura üzvlərinin nəzərinə çatdırdı. Sədr gündəliyin birinci məsələsi olan Xəzər Universitetinin Elmi Şurasının yeni tərkibi haqqında məlumat verdi. O qeyd etdi ki, Elmi Şuranın tərkibinə Xəzər Universitetindəki vəzifələrinə görə və fakültələrin təqdimatlarına əsasən cəmi yeddi nəfər yeni üzv daxil edilmişdir. Xəzər Universitetində fəaliyyətini dayand...

07.10.2024Hüseyn Cavidin ev muzeyində “Azərbaycan ədəbiyyatında romantizm mərhələsi” mövzusunda seminar2024-cü il oktyabrın 7-də Hüseyn Cavidin ev muzeyində Xəzər Universitetinin  Dillər və ədəbiyyatlar departamentinin müəllimi Dos. Xatirə Yusifova tərəfindən “Azərbaycan ədəbiyyatında romantizm mərhələsi” mövzusunda seminar keçirilmişdir. Seminarda Humanitar, təhsil və sosial elmlər fakültəsində Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri də iştirak etmişdir. Tələbələrə ədəbi hadisə olan Azərbaycan romantizminin tipologiyası, onun ayrı-ayrı nümayəndələrinin bədii təcrübəsi haqqında geniş məlumat verilm...

05.10.2024Dillər və ədəbiyyatlar departamentinin müəllimi Real Radioda2024-cü il oktyabrın 5-də Dillər və ədəbiyyatlar departamentinin müəllimi Dr.Sevinc Qəmbərova Real Radionun “Real Səhər” verilişində qonaq olmuşdur. O, mütaliə mədəniyyəti, oxu və modelləri, oxucu növləri, müxtəlif yaş qruplarına aid olan bədii ədəbiyyat nümunələri və s. barədə danışmış, verilişin aparıcıları Kəmalə Onur və Ürfan Məmmədlinin mövzu ilə bağlı suallarını cavablandırmışdır....

05.10.2024Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimləri  Beynəlxalq konfransda iştirak ediblər2024-cü il oktyabrın 5-də “Regional İnkişaf” İctimai Birliyi və Neftçala rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “AZLİNG 2024 - Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” mövzusunda ənənəvi beynəlxalq elmi konfrans keçirilmişdir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli Fərmanına uyğun olaraq bu il dördüncü dəfə  tə...

03.10.2024Məzunlarla görüş: “Məndədir, səndədir, müəllim ömrü”2024-cü il oktyabrın 3-də Karyera və Məzunlar Mərkəzinin təşkilatçılığı, Dillər və ədəbiyyatlar departamentinin dəstəyi ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş “Məndədir, səndədir, müəllim ömrü” adlı tədbir keçirildi. Tədbirdə Xəzər Universitetinin “Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi” və “Filologiya (“Azərbaycan dili və Ədəbiyyatı”) ixtisaslarına bu il qəbul olunmuş birinci kurs tələbələri, həmçinin eyni ixtisaslar üzrə müxtəlif illərdə təhsil almış məzunlar - Fərid Kərimov (CELT Colleges, xaricdə təhsil üzrə menecer), ...

27.09.2024MAFİ-nin koordinatoru 10-cu türk dil qurultayında2024-cü il sentyabrın 26-27-də Türkiyənin Ankara şəhərində Türk Dil Qurumunun təşkilatçılığı ilə 10-cu Beynəlxalq Türk Dil Kurultayı keçirildi. Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin dosenti, həmçinin Mədəni Antropologiya və Folklor İnstitutunun (MAFİ) koordinatoru Aynur Qəzənfərqızı da həmin toplantıda “Ruscadan qumuqcaya keçmiş kalkalar” başlıqlı məruzə ilə çıxış etmiş və sertifikat almışdır. Qurultayda 26 ölkədən 200-ə yaxın alim iştirak edib.  Qurultayda Türk dilinin dünya dili olması, ortaq türkcə, ortaq türk əlifbası, d...

26.09.2024İsaxan İsaxanlı Beynəlxalq Yesenin Konfransında  Xəzər Universitetinin İdarəetmə və tələbə işləri üzrə prorektoru, Dillər və ədəbiyyatlar departamentinin professoru İsaxan İsaxanlı 2024-cü il sentyabrın 19-21-də  böyük rus şairi Serqey Yeseninin anadan olmasının 129 illiyinə həsr edilmiş “Serqey Yesenin: Kontekst, Poetika, Mətnşünaslıq” mövzusunda Beynəlxalq Yesenin Konfransında iştirak etdi. Sentyabrın 19-da Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda başlayan konfransın ardı ayın 20-də Ryazanda S.Yesenin adına Ryazan Dövlət Universitetində, ayın 21-də Yeseninin doğma kəndi Konstantinovoda...

20.09.2024Dillər və ədəbiyyatlar departamentinin müəllimi Yeqzar Cəfərlinin hekayəsi Kazanda çap olunan “Çağdaş Azərbaycan hekayəsi” antologiyasındaTatarıstan Respublikası Dövlət Şurasının deputatı, Tatarıstan Yazıçılar Birliyinin sədri, Xalq şairi Rkail Zəydulla və Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı, Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) Məsləhət Şurasının sədri Əkbər Qoşalının layihə rəhbəri olduğu antologiya Tatarıstan Yazıçılar Birliyinin “Ədəbi birgəlik” seriyasından çap olunub. Kazandakı məşhur “Yazıçı” nəşriyyatında nəfis şəkildə işıq üzü görən antologiyanın tərtibçisi Tatarıstan Yazıçılar Birliyinin başqan müavini İlsiyar Qaripova, məsləhətçisi Tatarıstanda yaşayan ta...

04.09.2024Çin Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzinin nümayəndə heyəti "Xəzər"də2024-cü il sentyabrın 4-də Xəzər Universiteti Çin Xalq Respublikasının Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzinin baş direktorunun müavini Yu Tianqi`nin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Qəbul Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad.  Hamlet İsaxanlı, rektor Dos. İradə Xəlilova, Tədris işlər üzrə prorektor Prof. Məhəmməd Nuriyev, İnkişaf Mərkəzinin direktoru Raziyə İsayevа, Çin Araşdırmaları Mərkəzinin direktoru Dr. Aqşin Əliyev, Dillər və ədəbiyyatlar departamentinin müdir...

28.06.2024Dillər və ədəbiyyatlar departamentinin müəllimi  İctimai Radioda2024-cü il iyunun 28-də Dillər və ədəbiyyatlar departamentinin müəllimi Dr. Sevinc Qəmbərova İctimai Radioda Pərvanə Nadirqızının təqdim elədiyi “Can, Azərbaycan” verilişinin canlı efirində qonaq olmuşdur. “Mütaliə mədəniyyəti: niyə kitab oxumalıyıq?” mövzusuna həsr edilmiş verilişdə qonaq tədris etdiyi “Oxu strategiyası” fənninin təsvirindən, oxu modellərindən, oxuya verilən başlıca tələblərdən, mütaliə mədəniyyətinin formalaşdırılmasından, mütaliənin faydalarından  ətraflı danışmışdır....

07.06.2024Dillər və ədəbiyyatlar departamentinin müəllimi və dissertantı dissertasiya işini uğurla müdafiə edib2024-cü il iyunun 7-də  Dillər və ədəbiyyatlar departamentinin müəllimi və dissertantı Ülviyyə Əhmədovanın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində fəaliyyət göstərən ED 1.31 saylı Dissertasiya Şurasında “Azərbaycan milli istiqlal mübarizəsi və Gültəkin poeziyası” mövzusunda filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi  Dissertasiyasının müdafiəsi uğurla keçdi. Elmi rəhbər Prof. Bədirxan Əhmədov, professorlar -Kamil Allahyarov, Cəlil Nağıyev, Abuzər Bağırov, elmlər doktoru İradə Musayeva, iddiaçını...

07.06.2024Dillər və ədəbiyyatlar departamentində magistr dissertasiyalarının müdafiəsi2024-cü il iyunun 25-də Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentində magistr dissertasiyalarının müdafiəsi keçirildi. Dillər və ədəbiyyatlar departamentində Azərbaycan dili ixtisası üzrə magistr təhsili alan Siyuan Wang “Transliterasiya qaydaları, Fonetik interferensiya (Azərbaycan və Çin dilləri materialları əsasında)” və Yuxuan Tang “Azərbaycan dilində hal kateqoriyası və onun Çin dilində ifadə vasitələri”  mövzularında elmi tədqiqat işlərini  təqdim etdilər. Hər bir iddiaçı elmi müzakirə şəraitinə uyğun  olaraq komissiya üzvl...

06.06.2024Türk Dünyası Rəqəmsal Vətəndaşlıq Layihəsinin (TUDVA) sertifikatları tələbələrə təqdim edilib2024-cü il iyunun 5-də Xəzər Universitetində Türk Dünyası Rəqəmsal Vətəndaşlıq Layihəsində fəal iştirak edən tələbələrə TUDVA tərəfindən verilən sertifikatların təqdimat mərasimi olub. Tədbirdə İqtisadiyyat və menecment fakültəsinin dekanı  Dr.Ceyhun Məmmədov, Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Dr. Fəxrəndə Əfəndiyeva,  Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekan müavini Aygün Verdiyeva, müəllimlər və tələbələr iştirak  ediblər. Dillər və ədəbiyyatlar departamentinin müəllimi, TUDVA-nın Xəzər Universiteti üzrə koordinat...

04.06.2024Yolumuz Şuşayadır (Xəzərlilərin Şuşa səfəri)2024-cü il iyunun 1-2-də Xəzər Universitetinin Karyera və Məzunlar Mərkəzinin təşklatçılığı ilə universitet rəhbərliyi, əməkdaşlar, məzunlar Azərbaycanın incisi  sayılan Şuşaya səfər ediblər. Səfər proqramı çərçivəsində Cıdır düzü, Səməd  bəy Mehmandarovların malikənəsi, Yuxarı Gövhərağa məscidi, Molla Pənah Vaqifin məqbərə kompleksi, Şuşa qalası, Xan qızı Natəvanın ev muzeyi, Bülbülün ev muzeyi ziyarət edilib.  Səfərin ikinci günü, 2024-cü il iyunun 2-də   Şuşa şəhərindəki “Qarabağ” hotelinin konfrans salonunda Xəzər Universitetinin təsisçisi,...

30.05.2024Tələbələr Hədəf Şirkətlər qrupunda  3 aylıq təcrübə proqramını  başa vurublar  Xəzər Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyat) ixtisası üzrə təhsil alan 4-cü kurs  tələbələri  Hədəf Şirkətlər Qrupunda  3 aylıq təcrübə proqramını uğurla tamamlayıblar. Bu münasibətlə  qurumun  baş ofisində  2024-cü il mayın 29-da  yekun tədbir keçirilib. Biznesin idarə edilməsi üzrə baş direktor müavini Emin Sadıqov açılış nitqi ilə  çıxış edərək  təhsil müəssisələri arasındakı əməkdaşlığın zəruri olduğunu urğulayıb. Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müdiri Dos. Dilbər Zeynalova təcrübənin praktiki...

29.05.2024Uyğur yazar və Türkiyəli alim Xəzər Universitetinin tələbələri ilə görüşüb  2024-cü il mayın 27-də Xəzər Universiteti Mədəni antropologiya və folklor İnstitutunun (MAFİ) təşkilatçılığı ilə  “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində "Uyğur Ədəbiyyatında Eko-Poetika" adl tədbir keçirilib. Tədbiri Mədəni Antropologiya və Folklor İnstitutunun koordinatoru Dos. Aynur Qəzənfərqızı giriş sözü ilə açaraq,qonaqlar haqqında məlumat vermişdir.Tədbirdə qonaq qismində iştirak edən Dünya Uyğur Yazarlar Dərnəyinin sədri Abduşükür Qumtur Uyğur ədəbiyyatı haqqında ətraflə danışıb.O, öncə Uyğurların tarixi  və ədəbiyyatı barədə  q...

29.05.2024Xəzər Universitetində Elmi- Tədqiqat İnstitutunun açılışı2024-cü il mayın 24-də  Xəzər Universitetində Mədəni Antropologiya və Folklor İnstitutunun (MAFI) açılış toplantısı və daha sonra simpozium iştirakçılarının şərəfinə “Ozan-aşıq" konserti təşkil edilib. Tədbiri Dos. Dilbər Zeynalova giriş sözü ilə açıb. Daha sonra söz Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Akad.Hamlet İsaxanlıya verilib. Hamlet  İsaxanlı  institutun fəaliyyət  perspektivləri haqqında danışıb.  İnstitutun direktoru Prof.Ali Duymaz tədbirə online qoşularaq öz təbriklərini çatdırıb. Daha sonra İnstitutun koordinatoru Dos.Ay...

27.05.2024“Ozan-Aşıq Mədəniyyəti: Tarixi Köklər, Müasir Yanaşmalar və Perspektivlər” mövzusunda Beynəlxalq Elmi Simpozium2024-cü il mayın 23-24-də Xəzər Universitetində TİKA Bakı Proqram Koordinatorluğu, Ankara Hacı Bayram Veli Universiteti, Xəzər Universiteti, UNESCO-nun Türkiyə Milli Komissiyası, Ahmet Yesevi adına Uluslararası Türk-Kazak Universiteti və Azərbaycan Aşıqlar Birliyinin tərəfdaşlığı ilə “Ozan-Aşıq Mədəniyyəti: Tarixi Köklər, Müasir Yanaşmalar və Perspektivlər” mövzusunda Beynəlxalq Elmi Simpozium keçirildi. Simpoziumda tərəfdaş qurumların nümayəndələri, o cümlədən Xəzər Universitetinin rəhbərliyi və əməkdaşları, rəsmi qonaqlar,  Azərbaycan, Türkiy...

21.05.2024“TANI, OXU, TANIT” layihəsi çərçivəsində  görüş  Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin gerçəkləşdirdiyi “Tanı, oxu, tanıt” ədəbiyyat könüllülüyünün təbliği layihəsi çərçivəsində növbəti tədbir  2024-cü il  mayın 20-də  Xəzər Universitetində baş tutub. Tədbiri  giriş nitqi ilə  Dillər və ədəbiyyatlar departamentinin müəllimi Yeqzar Cəfərli açaraq, sözü departamentin müəllimi Dr. Qardaşxan Əzizxanlıya verib. Özü də şair olan Qardaşxan Əzizxanlı qonaqları salamlayaraq, bədii sözün əhəmiyyətindən və layihənin önəmindən danışıb. Ardınca ...

20.05.2024“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Sənət və təbiət münasibətləri: Meşəyə insan gəlir!” adlı dəyirmi masa keçirilib2024-cü il mayın 16-da Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Sənət və təbiət münasibətləri: Meşəyə insan gəlir” adlı dəyirmi masa keçirilib. Tədbiri departamentin müəllimi Dr.Röya Mürşüdova giriş sözü ilə açaraq, Azərbaycan ədəbiyyatı kontekstində  sənət və təbiət münasibətləri, ekoloji problemlərin həllində ədəbiyyatın rolu haqqında  danışıb.Tədbirdə qonaq qismində iştirak edən şair  Aqşin Yenisey “ekoədəbiyyat” və “ekotənqid” anlayışları haqqında geniş məlumat verərək, tə...

16.05.2024“Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub2024-cü il mayın 15-də tənqidçi- esseist, Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin dosenti Ülvi Babasoyun “Hədəf” nəşrlər evinin dəstəyi ilə çap olunan “Ədəbiyyatda postmodernizm: oyun estetikası”  kitabının təqdimatı və imza günü keçirilib. Departamentin müəllimi Dr. Qardaşxan Əzizxanlı təbdiri giriş sözü ilə açaraq, kitabın üstün məziyyətlərindən danışıb. Sonra  müəllif çıxış edərək, bu dərs vəsaitini tələbələrinə ithaf etdiyini söyləyib və  ümumilikdə postmodernizm və onun xüsusiyyətləri haqqında yığcam məlumat verib. Pro...

06.05.2024Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin Türkologiya fakültəsinin dekanı Xəzər UniversitetindəVI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin Türkologiya fakültəsinin dekanı, Dos. Cumali Şabanov 2024-cü il mayın 2-də Xəzər Universitetində professor-müəllim heyəti və tələbələrlə görüş keçirib. Dillər və ədəbiyyatlar departamentinin müdiri Dos.Dilbər Zeynalova Özbək-Azərbaycan ədəbi-mədəni əlaqələrinin əhəmiyyətindən və Azərbaycan dövlətinin türk dünyası ilə sıx əməkdaşlıq siyasətindən söhbət açaraq qonağı təqdim edib. Tərcüməçi-alim Daşkənd Universitetində Azər...